Xəzər Xəbər

Lənkəranda çəltik əkininə başlanıb - VİDEO

Veb TV | 22:47 • 30 May 2020
Lənkəranda çəltik əkininə başlanıb -

Lənkəranda sahələrdə çəltik əkininə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, aprel ayının əvvəlindən hazırlıq işlərinə başlanır və şitillər yetişdirilir. Hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq bir neçə gündür ki, şitillərin sahələrə köçürülməsinə başlanıb. Çəltik əkini Cənubi Koreyadan gətirilmiş müasir texnikalar vasitəsilə aparılır.

Qeyd edək ki, son illər çəltikçilik sahəsində əldə olunan yüksək nəticə fermerləri daha da ruhlandırıb. Bu səbəbdən də ötən illə müqayisədə daha çox sahədə çəltik əkiblər. Bu il rayon üzrə ümumilikdə 1000 hektar ərazidə çəltik əkini nəzərdə tutulub. Rayonda əsasən "Sədri", "Haşimi" və "Apola" növləri yetişdirilir.

Avqustun ortalarından sonra isə müasir kombaynlarla məhsulun biçininə başlanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti