Xəzər Xəbər

Zaqatalada çay yığımına başlanıb - VİDEO

Veb TV | 21:34 • 29 May 2020
Zaqatalada çay yığımına başlanıb -

Zaqatalada çay yığımına başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, çayçılıq Zaqatala rayonu üçün ən gəlirli kənd təsərrüfatı sahələrindən biridir.

Bu il hava şəraitinin yağmurlu keçməsi yığımı bir qədər gecikdirsə də, məhsuldarlığın ötən illərlə müqayisədə daha yüksək olacağı gözlənilir. Gündə 50-60 kq arasında məhsul yığan çayçılar mövsüm indiki kimi əlverişli davam edərsə 700- 800 kq-a qədər məhsul yığa biləcəklərini deyirlər.

Yığdıqları yaş məhsulu çay emalı müəssisəsinə təhvil verən çayçılar qiymətlərdən də razıılıq edirlər. Müəssisə yaş çayın hər kq-na 1 manat ödəyir.

20 ildir ki, burada çayın emal prosesində çalışan Elmira Hacıyevanın sözlərinə görə, sahadən toplanan məhsul müxtəlif proseslərdən keçərək 4 növdə satışa təqdim olunur.

Müəssisənin rəhbəri tədarük olunan çayın əsasən daxili bazarlarda satıldığını deyir. O bildirir ki, hər 4-5 kq yaş çaydan 1 kq quru çay əldə olunur. Bu mövsüm ərzində Zaqatala çay plantasiyalarından 5 ton quru çayın tədarük olunması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti