Xəzər Xəbər

Bakıda avtomobilini "protiv" sürən sürücü cəzalandı - VİDEO

Veb TV | 19:31 • 29 May 2020
Bakıda avtomobilini "protiv" sürən sürücü cəzalandı -

Bakıda "Mercedes” markalı avtomobilin sürücüsü əks istiqamətdə yüksək sürətlə hərəkət edib.


Xezerxeber.az-ın məlumatına görə,bu istiqamətdə hərəkət edən sürücülərdən biri, həmin anları avtomobilindəki kamera vasitəsilə lentə alıb və sosial şəbəkələrdə paylaşıb. Sözügedən görüntü sosial mediada müzakirələrə səbəb olub. 


Artıq həmin sürücü Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qayda pozuntusu edilən zaman digər hərəkət hissəsində maneə olub və sürücü polisin göstərişinə düzgün riayət etməyib.

Sözügedən sürücü barəsində 100 manatlıq cərimə və 4 cərimə balı tətbiq edilib. Vaqif Əsədov bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə riayət etməklə bağlı xəbərdarlıq edib və əməllərin cəzasız qalmayacağını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti