Xəzər Xəbər

Zaqatala və İsmayıllıda evlərdən oğurluq edilib, saxlanılanlar var - VİDEO

Veb TV | 19:22 • 29 May 2020
Zaqatala və İsmayıllıda evlərdən oğurluq edilib, saxlanılanlar var -

Zaqatalada qonşusunun evindən qızıl oğurlayan şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Zaqatala rayon polis şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis həmin adamı müəyyən edib. Məlum olub ki, ogurluğu ev sahibinin qonşusu Əli Rəsulov edib.

Araşdırma zamanı məlum olub ki, Əli Rəsulov oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazalarından birinə satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda da evdən oğurluq edən şəxs tutulub.

İsmayıllı şəhər sakini Günay Hüseynova müraciət edərək evindən televizor və ərzaq mallarının oğurlanması barədə məlumat verib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Mican kənd sakini Samir Qurbanov tutularaq istintaqa təhvil verilib.

Onun oğurladığı məhsullar geri qaytarılıb.

Faktla bağlı İsmayıllı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti