Xəzər Xəbər

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var VİDEO

Veb TV | 20:53 • 26 May 2020
Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var

Səhər saatlarında Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. İki minik avtomobillərinin toqquşması zamanı dördü hərbçi olmaqla beş nəfər hadisə yerində ölüb. İki nəfər isə ağır xəsarət alıb. Qeyd edək ki, ölən və xəsarət alanları deformasiyaya uğrayan avtomobillərdən xilasedicilər çıxarıblar.


Ötmə əməliyyatı edən sürücü dəhşətli qəzaya səbəb olub. Dördü hərbçi olmaqla beş nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.


Ağır yol-nəqliyyat hadisəsi səhər saatlarında Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də baş verib. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, saat 07:30 radələrində Ceyhun Qafarlının idarə etdiyi "Saipa'' markalı minik avtomobili Xırdalan şəhər sakini Ramil Əliyevin idarə etdiyi ''opel'' markalı avtomobillə toqquşub.


Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Ceyhun Qafarlının idarə etdiyi "saipa'' markalı minik avtomobili Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn Ramil Əliyevin idarə etdiyi ''opel'' markalı avtomobillə toqquşub. Nəticədə "Saipa'' markalı avtomobilin sürücüsü Ceyhun Qafarlı və sərnişinləri Fərid Pənahlı, Toğrul Qafarov, Şərbət Yusifov, habelə digər avtomobilin sərnişini Mənaf Yusubov hadisə yerində ölüblər. "Opel''in sürücüsü və "Saipa'' markalı avtomobilin sərnişini Azər Musazadə isə ağır xəsarət alıb.


Dəhşətli qəzanı görən şahidələr dərhal ''112'' xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn xilasedicilər deformasiyaya uyğarayn avtomobillərdən ölən və xasrət alanları çıxarıblar. Ağır xəsarət alanlar dərhal xəstəxanaya aparılıb. Məlumata görə, ölənlərdən 4 nəfəri həbri qulluqçu olub. Faktı Müdafiə Nazirliyi də təsdiq edib. TƏBİB-dən verilən məlumata görə, ölənlərdən yalnız Mənaf Yusubov mülki şəxsdir.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt şəhər polis idarəsində cinayət məcəlləsinin yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib, zəruri istintaq tədbirləri həyata keçirilir.


Xəbər lenti