Xəzər Xəbər

Şəhid ailəsinə qarşı həssas vətəndaş mövqeyi budur! VİDEO

Veb TV | 19:56 • 26 May 2020
Şəhid ailəsinə qarşı həssas vətəndaş mövqeyi budur!

Şəhid ailələrinə qayğı hər zaman dövlətin diqqət mərkəzində olub. Ancaq sevindirici haldır ki, sıravi vətəndaşlar da bu məsələdə kifayət qədər həssaslıq nümayiş etdirirlər. Elə bu xəbərimizdə olduğu kimi. Şəhid ailəsinin evi təmir olunub, evinin bir çox əşyaları alınıb. Və bütün bunları edərkən adlarının hallandırılmasını istəməyiblər.


Biri qəzalı vəziyyətdə olan evi təmir elətdirir, digərləri isə mənzilin əşyalarını alırlar. Şəhid ailəsinin evini təmir etdirmək üçün bir neçə nəfər əsl vətəndaş mövqeyi ortaya qoyur.


Şəhid İsmayıl Şərbətovun həyat yoldaşı Safura Şərbətova övladları və nəvələri ilə birgə Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində hər an uçma təhlükəsi olan bu mənzildə yaşayırdı. Ancaq tanımadığı xeyirxah insanların köməyindən sonra onun qəzalı vəziyyətdə olan evi təmir edilir. Emin Tarverdiyev şəhid ailəsinin qəzalı vəziyyətdə olan evdə yaşaması ilə bağlı məlumat əldə etdikdən sonra sosial şəbəkələrdə status paylaşıb. Bundan sonra bir nəfər onunla əlaqə saxlayaraq adını hallandırmamaq şərti ilə Safura Şərbətovanın mənzilini təmir etdirəcəyini bildirib və bu məqsədlə 5 min manatdan çox pul xərcələyib.


Sosial şəbəkədə elan paylaşıldıqdan sonra şəhid ailəsinin evinin təmiri üçün dəstək verənlərin sayı artıb.


Təşkilatçı Emin Tarverdiyev deyir ki, evin təmiri ilə yanaşı, mənzilin içərisində bir çox əşyaların alınması üçün də köməklik edənlər var.


Qeyd edək ki, İsmayıl Şərbətov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.


Xəbər lenti