Xəzər Xəbər

Koronavirusa yoluxan Kadırovun vəziyyəti ağırlaşdı VİDEO

Veb TV | 11:40 • 23 May 2020
Koronavirusa yoluxan Kadırovun vəziyyəti ağırlaşdı

Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib.

Bu barədə "Komsomolskaya pravda” mənbəsinə istinadla xəbər yayıb.

Nəşrin adı açıqlanmayan müsahibinin sözlərinə görə, R.Kadırovun ağciyərlərinin çox hissəsinin zədələnməsi onun koronavirusu ağır keçirdiyini göstərir.

Xatırladaq ki, srağagün Çeçenistan rəhbəri COVID-19-a yoluxma şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Onun iki-üç həftə əvvəl respublikanın Urus-Martanrayonunun rəhbəri Valid Abdurraşidovu xəstəxanada ziyarəti zamanı yoluxduğu ehtimal olunur.

Çeçenistanda respublika başçısının yoluxma xəbəri təkzib olunub.

Xəbər lenti