Xəzər Xəbər

Bakıda qətl hadisəsi törədilib - VİDEO

Veb TV | 19:33 • 22 May 2020
 Bakıda qətl hadisəsi törədilib  -

Bakıda kişi həyat yoldaşını liftdə bıçaqlayaraq qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə Bakıda, Binəqədi rayonu, Cavadxan küçəsi 1 ünvanında baş verib.

43 yaşlı Hafiz Əsgərov həyat yoldaşı 40 yaşlı Könül Əsgərova ilə yaşadıqları binanın liftində mübahisə edib.

Hadisədən xəbər tutan qonşular dərhal ''102-xidməti''nə məlumat veriblər. Hadisə yerinə rayon 7-ci polis bölməsinin və prokurorluq orqanlarının əməkdaşları gələrək baxış keçiriblər. Bölmə əməkdaşları Hafiz Əsgərovu hadisə yerində saxlayıblar. Qadının meyti isə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyiaparılıb. Ekspertlər müayinə zamanı qadının boğazının kəsilərək öldürüdüyünü müəyyən ediblər.

Qonşuların sözlərinə görə, həmin ailədə indiyədək ciddi münaqişə müşahidə etməyiblər. Amma onlar son vaxtlar Hafiz Əsgərovun psixoloji vəziyyətinin yaxşı olmadığını deyirlər.

Qeyd edək ki, Hafiz Əsgərov və mərhum Könül Əsgərovanın birgə nikahdan iki oğlu var. Qonşular deyir ki, onlardan biri 6, digəri isə 7-ci sinifdə oxuyur. Hafiz Əsgərov barəsində Binəqədi rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti