Xəzər Xəbər

Smartfonların kamerası anemiya xəstəliyini müəyyən edəcək - VİDEO

Veb TV | 12:47 • 22 May 2020
Smartfonların kamerası

ABŞ-ın Perdu Universitetinin bir qrup tədqiqatçısı hemoqlobin səviyyəsini ölçmək üçün yeni alqoritm hazırlayıb.

Alqoritm telefonların kamerası vasitəsilə anemiya xəstəliyini müəyyən edə bilir.

Belə ki, mobil telefonlar üçün hazırlanan bu proqram smartfon tərəfindən qəbul edilən aşağı keyfiyyətli görüntüləri yüksək keyfiyyətli rəqəmsal spektral siqnallara çevirmək bacarığına malikdir.

Bildirilib ki, xəstəliyin aşkar edilməsi üçün həkim tərəfindən xəstənin göz qapağının fotosunu çəkmək kifayətdir. Foto çəkildikdən sonra proqram bu görüntünü emal edərək nəticələri həkimə təqdim edəcək.

Xəbər lenti