Xəzər Xəbər

Azərbaycan neft bazarının tənzimlənməsi prosesinə qoşulub - VİDEO

Veb TV | 21:03 • 10 Aprel 2020
Azərbaycan neft bazarının tənzimlənməsi prosesinə qoşulub -

Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub.

Xezerxeber.az-ın məlumatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasının yekununda yeni "Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, "OPEC+” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz olmaqla 10 milyon barrel həcmində azaldacaqlar.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti