Xəzər Xəbər

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxub - VİDEO

Veb TV | 19:45 • 10 Aprel 2020
 Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxub  -

Koronovirus pandemiyası uşaqlar üçün də qorxulu hal alıb. Azərbaycanda virusa yoluxanlar arasında 6 yaşlı uşaq da var.

Xezerxeber.az-ın məlumatına görə, həmin uşağı müalicə edən Tədris Cərrahiyyə Klinikasının baş həkimi, uşaq cərrahı Ramiz Poluxov koronovirusun simptomlarının uşaqlarda fərqli olduğunu deyir.

Onun sözlərinə görə, uşaqların immun sistemi hələ formalaşmadığı üçün müəyyən yaş dövründə bu xəstəliyin gedişi fərqli olur.

Qeyd edək ki, həkimlərin sözlərinə görə, karantin rejiminə ciddi riayət olunsa, yaxın 15-20 gün ərzində xəstəliyin azalması hiss olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti