Xəzər Xəbər

Koronavirus Azərbaycanda 4 sektorda 20 fəaliyyət sahəsinə ciddi təsir edib - VİDEO

Veb TV | 20:56 • 10 Aprel 2020
Koronavirus Azərbaycanda 4 sektorda 20 fəaliyyət sahəsinə ciddi təsir edib -

Beynəlxalq Valyuta Fondu koronavirus pandemiyasının dünya iqtisadiyyatının 2020-ci ilin iqtisadi artımına kəskin mənfi təsir göstərdiyini açıqlayıb.

Açıqlamaya görə, pandemiya inkişaf etməkdə olan ölkələrlə yanaşı inkişaf etmiş ölkələrə də ciddi maliyyə çətinliyi yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzunu şərh edən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib ki, koronavirus dünya iqtisadiyyatında hazırda 3 trilyon dollarlıq bir ziyanla müşahidə edilir. Avropanın inkişaf etmiş ölkələri, supergüclər- Amerika və Çin ciddi maliyyə itkiləri ilə üzləşib.

Vüqar Bayramov bildirib ki, hesablamalara görə, koronavirus Azərbaycanda 4 sektorda 20 fəaliyyət sahəsinə ciddi təsir edib. Bu fəaliyyət sahələrindən 11-nin bütövlükdə fəaliyyəti dayanıb. 9 fəaliyyət sahəsi isə ciddi zərərlə üzləşib.

Millət vəkilinin sözlərinə görə, dövlət sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimuma endirilməsi üçün bir sıra proqramlar icra edir.

Ekspertlərin fikrincə, dövlət tərəfindən həyata keçirilən proqramlar sahibkarlıq subyektlərinin koronavirus dövründən sonra da dirçəlməsinə təsir göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti