Xəzər Xəbər

Koronavirusun ortaya çıxdığı Uhan şəhəri qapılarını açdı: İLK GÖRÜNTÜLƏR

Veb TV | 14:54 • 8 Aprel 2020
Koronavirusun ortaya çıxdığı

Koronavirusun ilk ortaya çıxdığı Çinin Uhan şəhərində karantin rejimi ləğv edilib.

11 milyon insanın yaşadığı şəhərdə iş yerlərinin, bazarların və digər obyektlərin fəaliyyəti bərpa olunub. Məlumata görə, şəhərə giriş-çıxışlar sərbəstdir. Lakin hakim dairələr bəzi məhdudiyyətlərin olduğunu açıqlayıb.

Belə ki, məktəblərdə tədris hələ ki, bərpa olunmayıb. Bununla bağlı qərarın yaxın günlərdə açıqlanacağı bildirilib./publika.az

Xəbər lenti