Xəzər Xəbər

176 məhkumun azad olunması prezidentin humanistliyinin növbəti təzahürüdür VİDEO

Veb TV | 20:14 • 7 Aprel 2020
176 məhkumun azad olunması prezidentin humanistliyinin növbəti təzahürüdür

65 yaşdan yuxarı olan məhkumların koronavirus təhlükəsinin olduğu bir vaxtda azad edilmələri bir daha onu göstərdi ki, Prezident İlham Əliyev hər bir vətəndaşın sağlamlığının qayğısına qalır. Növbəti dəfə atılan bu humanist addım nəticəsində həmin şəxslər cəzadan azad olundular. Bu isə həm vətəndaş cəmiyyəti tərəfindən, həm də məhkumlar arasında böyük sevincə səbəb olub.

65 yaşdan yuxarı və xəstəliyi olan 176 məhkumun azad olunması Prezident İlham Əliyevin humanistliyinin növbəti mühüm təzahürüdür. Bunu ''Xəzər Xəbər''ə müsahibəsində Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, ölkə başçısı pandemiya dövründə onların yaşamaları, xəstəliyə yoluxmamaları və sosial izolyasiya şəraitində qalmaları üçün ən mühüm addımı atdı. Bir sözlə, prezident xüsusi şəraitdə öz vətəndaşına xüsusi qayğı göstərdi.

Ən vacib məsələlərdən biri vətəndaşların sağlamlıqlarının qayğısına qalmaqdır. Dövlət başçısının imzaladığı növbəti əfv sərəncamı da bu məqsədin həyata keçirilməsinə xidmət etdi.

Əliməmməd Nuriyev sərəncamın mümkün olan ən qısa zamanda icra edilməsinin də bu qəbildən olan insanlara xüsusi jest olduğunu bildirdi.

Xəbər lenti