Xəzər Xəbər

Xüsusi karantin rejimində şəxsi avtomobillərlə taksi xidməti dayandırılacaq VİDEO

Veb TV | 21:16 • 3 Aprel 2020
Xüsusi karantin rejimində şəxsi avtomobillərlə taksi xidməti dayandırılacaq

Aprelin 5-dən ölkə ərazisində şəxsi avtomobilləri ilə taksi xidməti göstərən şəxslərin fəaliyyəti dayandırılacaq.

Baş dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin sözlərinə görə,bu addımın atılmasında məqsəd koronovirus infeksiyasının yayılmasının qarşısını almaqdır.

Kamran Əliyev bildirib ki,xüsusi karantin müddəti başa çatana qədər həmin şəxslər xidmət göstərə bilməyəcəklər.Bu müddət ərzində isə yalnız taksi şirkətləri məhdud sayla fəaliyyət göstərə biləcəklər.Əgər həmin şirkətlər işləyəcək taksi sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirəcəklərsə və həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, yalnız bu halda onlar işləyə biləcək. İcazə verilməyən taksi sürücüləri isə fəaliyyət göstərə bilməyəcəklər deyə Kamran Əliyev bildirib.

Qurum rəsmisi onu da qeyd edib ki,bir neçə taksinin bir yerə yığışıb gözləməsinə də icazə verilməyəcək.İcazəsiz fəaliyyət göstərən taksilər aşkarlanarsa, dərhal məsuliyyətə cəlb olunacaqlar".

Bundan başqa Taksi sürücüləri 2 nəfərdən artıq sərnişin götürə bilməyəcəklər. Bunu ''Xəzər Xəbər''ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.Onun sözlərinə görə,Taksi sürücüləri sərnişin götürən zaman onlar arasında məsafəyə də diqqət etməlidirlər.

Əziz Baqişev bildirdi ki,qaydanı pozan taksi sürücüləri 100 manat miqdarında cərimə oluna bilər.

Sərnişinlərə tövsiyə olunur ki,ara məsafəsi saxlanılmaqla ictimai nəqliyyatdan istifadə etsinlər.

Xəbər lenti