Xəzər Xəbər

Sürücülərə ŞAD XƏBƏR: buna görə cərimə olunmayacaqlar VİDEO

Veb TV | 20:36 • 3 Aprel 2020
Sürücülərə ŞAD XƏBƏR: buna görə cərimə olunmayacaqlar

Avtomobillərin texniki baxışdan keçirilməsi bir müddətlik təxirə salınıb. Bu günlərdə texniki baxış müddəti başa çatan avtomobil sahibləri cərimə edilməyəcək. Bu arada paytaxt küçələrində də qanunsuz parklanmaya görə sürücülər cərimə olunmayacaq.

Azərbaycanda koronavirusla bağlı elan olunmuş xüsusi karantin rejimi müddətində texniki baxışın vaxtı başa çatan nəqliyyat vasitələri cərimə edilməyəcək.

Bunu ''Xəzər Xəbər''əaçıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin texniki baxış müddəti uzadılıb.

Kamran Əliyev onu da bildirdi ki, əgər nəqliyyat vasitəsinin texniki baxış vaxtı və ona əlavə verilən 20 gün müddət mart ayının 29-a qədər bitibsə həmin sürücülər barəsində cərimə yazılacaq. Çünki həmin sürücülər o müddət ərzində texniki baxışdan keçməli idilər. Krantin müddəti başa çatandan sonra sürücülər avtomobillərini texniki baxışdan problemsiz keçə bilərlər.

Bu arada Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr də ləğv edilib. Bubarədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu məhdudiyyətlər 5 aprel gecə saat 12-dən, 20 aprel gecə saat 12-dək qüvvədədir.

Xəbər lenti