Xəzər Xəbər

Koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq - Həkim - VİDEO

Veb TV | 20:41 • 1 Aprel 2020
 Koronavirus geniş yayılsa, vəziyyət nəzarətdən çıxacaq  -

Koronavirusun qarşısı yoluxma mərhələsində alınmasa, fəsadları çox ciddi olur. Buna görə də virusdan qorunmaqla yanaşı, yüngül simptomlar belə hiss edilərsə, mütləq həkimə müraciət etmək lazimdir.

Xezerxeber.az-ın məlumatına görə, bunu ölkəmizdə koronavirusa yoluxmuş şəxslərin müalicə olunduğu karantin xəstəxanalarından birinin həkimi Aydın Əliyev deyib.

Həkim bildirib ki, yoluxma halları hər yaşdan olan insanları əhatə edir. Odur ki, virusa qarşı peyvənd tapılana qədər yeganə çarə evdən çıxmamaq, karantin tələblərinə riayət etməkdir.

Simptomları adi qripdən, eləcə də mövsümi allergiyalardan fərqlənməyən koronovirus aldadıcı xarakter daşıyır. Mütəxəssis deyib ki, insan başqalarını özü də bilmədən yoluxdura bilər.

Həkim işlədiyi karantin xəstəxanasında hazırda 80-nə yaxın şəxsin müalicə olunduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti