Xəzər Xəbər

Mağaza işçisi maskasız və əlcəksiz müştərilərə xidmət edir VİDEO

Veb TV | 20:38 • 30 Mart 2020
Mağaza işçisi maskasız və əlcəksiz müştərilərə xidmət edir

Nazirlər Kabineti yanında Operativ Qərargah bir neçə gün əvvəl açıqladı ki, marketlərin xidməti işçiləri tibi əlcək və maskalarla təmin edilməli, kassalarda müştərilər ara məsafəsi saxlamalıdırlar. Bu tələbə iri supermarketlərin əksəriyəti əməl etsə də, məhəllə arası mağazalarda buna ciddi əməl edilmir. Belə mağazaların sahibləri və ya işçiləri bu qədərhəssas bir zamanda özlərinin və müştərilərin sağlamlığını niyə düşünmür? Qazanc həvəsi sağlamlıqdan necə üstün ola bilər ki?

Mağaza işçisi maskasız və əlcəksiz müştərilərə xidmət edir...

Bəzilərində isə maska olsa da, əlcək taxmayıblar. Hətta bəzi işçilər eyni maskanı günlərlə istifadə edir.

İri supermarketlərdə xidməti işçilər maska və əlcəkələrdən istifadə etsələr də, məhəllə marketlərinin bəzilərində buna əməl edilmir. Koronavirusun tüğyan etdiyi bu günlərdə maska və əlcəkdən istifadəyə biganə yanaşılır.

Bəs onlar belə risqli bir dövrdə maska və əlcəkdən nə üçün istifadə etmirlər? Mağaza satıcıları vəziyyətdən çıxmaq üçün sualımıza eyni cavabı verdilər.

Xatırladaq ki, Nazirlər Kabineti Yanında Operativ Qərərgah koronovirus infeksiyası yayıldıqdan sonra marketlərdə profilaktik tədbirlərlə bağlı qaydaları açıqlamışdı. Bu qaydalarda nəzərdə tutulurdu ki, mağazaların xidməti işçiləri tibbi əlcək, maska və spirtlə təmin edilməli, həmçinin müşətirlərə əllərini dezinfeksiya etmələri üçün şərait yaradılmalıdır. Ancaq görünən mənzərə onu deməyə əsas verir ki, məhəllələrdə yerləşən bəzi market sahibləri bu tələbi ciddiyə almır və müştərilərə necə gəldi xidmət edirlər. Bu isə heç bir halda qəbul edilə bilməz. Qazanc həvəsi insanların sağlamlığından üstün deyil. Profilaktik tədbirlərə riayət etməyənlər üçün mütləq cəza nəzərdə tutulmalıdır.

Xəbər lenti

Çox oxunanlar