Xəzər Xəbər

Su sayğaclarının oxunması dayandırılıb - VİDEO

Veb TV | 18:52 • 25 Mart 2020
Su sayğaclarının oxunması dayandırılıb -

Mənzillərin daxilində olan su sayğaclarının "Azərsu" Açıq Səhidmar Cəmiyyətinin əməkdaşları tərəfindən oxunması müvəqqəti olaraq dayandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, su pulu borcu olan abonentlərə isə suyun verilişi dayandırılmayacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə belə bir qərar verilib.

Bütün hesablamaları insan amili olmadan ''Müştəri İnformasiya Sistemləri'' proqramı həyata keçirəcək. Bununla yanaşı, abonentlər təqdim edilən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması" elektron xidmətindən istifadə etməklə sayğacın faktiki göstəricisinə əsasən formalaşmış eleltron bildiriş-faktura əldə edə bilərlər.

Pilləkən qəfəsələrində, mənzillərin və həyət evlərinin xaricində quraşıdırlmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdiriləcək. Bildiriş-fakturalar isə abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdiriləcək.

Suallarla bağlı vətəndaşlar 955 saylı zəng mərkəzinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti