Xəzər Xəbər

İtalyan ailə Azərbaycan vətəndaşlarına "evdə qal" deyir VİDEO

Veb TV | 20:51 • 24 Mart 2020
İtalyan ailə Azərbaycan vətəndaşlarına "evdə qal" deyir

Bu süjetimizin qəhrəmanı italyanbir ailədir. Daha doğrusu, bu ailədə xanım azərbaycanlı, bəy isə italyandır. Söhbət Sakka ailəsindən gedir. İtaliya koronavirusun ən geniş yayıldığı ölkələrdən biridir. Azərbaycanda vəziyyət İtaliya qədər olmasa da, ölkədə karantin rejimi tətbiq olunub. Bu rejimə riayət olunması ilə bağlı Sakka ailəsinin öz təcrübələrinə əsaslanan tövsiyələri var.

İtaliya vətəndaşı Umberto Sakka illər əvvəl Aytən adlı azərbaycanlı xanımla ailə həyatı qurub. Milanda yaşayan ailə son iki ildir Bakıya köçüb. Umbertonun qohumları İtaliyada, həm də virusun tüğyan elədiyi Lombardiyada yaşayır. Elə buna görə də ailə koronavirus məsələsində ehtiyatı əldən vermir.

İtaliyan kürəkən Umberto Sakka Azərbaycanda dövlətin koronavirus ilə bağlı gördüyü tədbirləri müsbət qiymətləndirir.

Umbertonun İtaliyada yaşayan bacısı Kristina Sakka deyir ki, İtaliyada evdə it saxlayanların bəxti gətirib. Çünki onlar itləri gəzdirmək bəhanəsi iləçox uzaq məsafə olmamaq şərtilə evdən çölə çıxa bilirlər.

Sakka ailəsi vətəndaşları evdə qalmağa çağırır. Onlar hesab edirlər ki, hər iki ölkədə bu virusun nə qədər təhlükəli olduğunun fərqinə varmayan, hələ də bir-birlərinin evlərinə gedib-gələn insanlar var və o insanlarqaydalara mütləq əməl etməlidirlər ki, yoluxma riski azalsın.

Xəbər lenti