Xəzər Xəbər

Vətəndaşlarımız 7 gün 24 saat qaynar xəttlərə müraciət edə bilərlər VİDEO

Veb TV | 20:13 • 24 Mart 2020
Vətəndaşlarımız 7 gün 24 saat qaynar xəttlərə müraciət edə bilərlər

Hazırda ölkə xaricində olan və virusa görə vətənə qayıda bilməyən həmyerlilərimiz dövlət qayğısı ilə əhatə olunub. Səfirliklərimizvə Diasporla Iş üzrə Dövlət Komitəsi xaricdə olan həmvətənlərimizlə mütəmadi əlaqə saxlayır,onların problemləri ilə maraqlanırlar.Virusun çox yayıldığı və vətəndaşlarımızın çox olduğu ölkələrdəkisəfirliklərimizdə qaynar xəttlər yaradılıb.Vətəndaşlar 7 gün 24 saat bu qaynar xəttlərə müraciət edə bilərlər.

Xaricdəki vətəndaşlarımız olduqları ölkədəki səfirliklərimizə müraciətedərəkqaraşılaşdıqları çətinlik barədə yardım ala bilərlər.

Koronavirusla əlaqədar olaraq bir çox səfirliklərimizdə 24 saat fəaliyyət göstərən qaynar xətlər yaradılıb.Həmyerlilərimizin çox olduğu və virus təhlükəsinin sürətlə yayıldığı ölkələrdən xeylisayda azərbaycanlı artıq vətənə təxliyyə edilib.Türkiyədə olan həmyerlilərimizində bir çoxu artıq Bakıya gətirilib..Burda isə əsasən ölkəyə qayıtması üçün zəruri səbəbləri olanlara üstünlük verilir.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev xəzərxəbərə bildirdi ki,soydaşlarımız 24 saat fəaliyyət göstərən qaynar xəttə müraciət edib problemləri barədə məlumat verə bilərlər.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov isə deyir ki,onlara müraciət edən həmyerlilərimiz yerləşdirilib və zəruri ehtiyacları təmin edilib.

Qeyd edək ki,səfirliklərlə yanaşı Diasporla İş üzrə Dövlət Komitəsi də xaricdə olan vətəndaşlarımızla sıx əlaqədədir.

Xəbər lenti