Xəzər Xəbər

Koronavirus Azərbaycanın turizm bazarına mənfi təsir edəcək - VİDEO

Veb TV | 19:16 • 27 Fevral 2020
Koronavirus Azərbaycanın turizm bazarına mənfi təsir edəcək -

Çində yayılmış koronavirusun turizmə təsirini rəqəmlərlə demək tezdir. Ancaq böhranla bağlı ssenarilərimiz var. Biz əsasən marketinq siyasətimizdə dəyişikliklər edirik.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Koronavirusla bağlı dünya üzrə səyahətlərin azalması prosesinin getdiyini deyən K.Quluzadə bildirib ki, epidemiya Azərbaycanın da turizm bazarına mənfi təsir edəcək: "Amma bu təsirin hansı həcmdə olacağını demək çətindir". 

Bu arada, otellərə ulduzların verilməsi qaydaları açıqlanıb. Bu barədə açıqlama verən Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam qeyd edib ki, proses may ayından başlayacaq.

Tədbirdə həmçinin qeyd olunub ki, Milli Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti