Xəzər Xəbər

Şirvan və Salyan rayonlarında dəhşətli qətllər törədilib - VİDEO

Veb TV | 18:43 • 27 Fevral 2020
Şirvan və Salyan rayonlarında dəhşətli qətllər törədilib -

Şirvanda kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, dəhətli qətl hadisəsi ötən gecə Şirvan şəhəri ərazisində yerləşən Sənaye zonasında baş verib.

Burada məskunlaşan Ağdam rayon sakini, 36 yaşlı Sahib Nağıyev ailə münaqişəsi zəminində həyat yoldaşı - 34 yaşlı Pərvanə Nağıyevanı yaşadıqları mənzilin yataq otağında qətlə yetirib. Həyat yoldaşını çarpayıda yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çoxlu qan itirən qadın hadisə yerində keçinib. Sahib Nağıyev qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Salyanda da qətl hadisəsi törədilib. Salyan şəhər sakini, 58 yaşlı Ələkbər Hüseynov keçmiş həyat yoldaşı , 50 yaşlı Nübubət Hüseynovanın yaşadığı fərdi yaşayış evinə gəlib. İlkin məlumata görə, darvaza bağlı olduğundan o, hasarı aşaraq həyətə düşüb. Deyilənlərə görə, Ələkbər Hüseynov əvvəl keçmiş həyat yoldaşını qətlə yetirib, sonra həyətdəki avtomobilə və evə od vurub. Hadisəni törədən Ələkbər Hüseynov Salyan rayon polis şöbəsinə gələrək könüllü təslim olub. Hadisə yerinə cəlb edilən yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, ər-arvad bir il bundan öncə rəsmi olaraq boşanıb. Hadisəyə mülk bölgüsünün səbəb olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti