Xəzər Xəbər

Azərbaycan - İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - VİDEO

Veb TV | 19:28 • 24 Fevral 2020
Azərbaycan - İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir -

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik.


Xezerxeber.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısının İtaliyaya səfərini şərh edərkən deyib.


O bildirib ki, bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir. Bu da ölkəmizə və onun Prezidentinə göstərilən xüsusi hörmətdən irəli gəlir. Səfər zamanı dövlət başçısına və birinci xanımına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərilib. Bunu istər səfərin təşkilati-protokol aspektlərinin hər bir incəliyinə qədər düşünülmüş olması, istərsə də səfərin proqramının zəngin olmasında müşahidə etmək olar.


Hikmət Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin İtaliyaya səfərinin dövlətlərarası münasibətlərdə xüsusi əhəmiyyəti və rolu var. Bu səfər iki ölkə arasındakı strateji əməkdaşlıq xarakteri daşıyan münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olunur. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:










Xəbər lenti