Xəzər Xəbər

Binəqədi rayonunda dəhşətli qətl törədildi VİDEO

Veb TV | 19:28 • 23 Fevral 2020
Binəqədi rayonunda dəhşətli qətl törədildi

Dünən gecə Bakının Binəqədi rayonunda silahlı insident baş verib. Əvvəllər məhkum edilmiş iki şəxs arasında mübahisənin sonu güllələnmə ilə nəticələnib. Hazırda axtarışda olan şəxs paytaxt sakininə 3 güllə vurub.

Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Hadisə gecə saatlarındaBinəqədirayonunun "Dəyirman" kimi tanınan ərazisində qeydə alınıb.

Cinayəti törədən şəxs hadisə yerindən uzaqlaşdıqdan sonra yaralı1 saylı Xəstəxanaya yerləşdirilib. Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub.

Əli Abıyevin müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr onun bədənində olmayıb. Hazırda polis şübhəli şəxsin axtarışlarını aparır. Qeyd edək, xəsarət alan Əli Abıyev azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti