Xəzər Xəbər

Romada İlham Əliyevin şərəfinə ziyafət verildi VİDEO

Veb TV | 19:10 • 21 Fevral 2020
Romada İlham Əliyevin şərəfinə ziyafət verildi

Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq edib. Bu sözləri Azərbaycan Prezidenti şərəfinə təşkil olunan ziyafətdə İtaliya prezidenti Sercio Mattarella deyib.İtaliya prezidenti iqtisadiyyatın şaxələndirilməsi prossesində Azərbaycanın yanında olduqlarını bildirib. Ziyafətdən sonra,"2020-ci il - İtaliyada Azərbaycan mədəniyyət ili"nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Romadakı Kuirinale sarayında italiya prezidenti Sercio Mattarellanın adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.Ziyafətdən əvvəl qarşılıqlı hədiyyələr təqdim olunub..

Azərbaycan və İtaliya rəsmi nümayəndə heyətlərinin üzvləri dövlət başçıları İlham əliyevə və Sercio Mattarellaya, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və İtaliya prezidentinin qızı Laura Mattarellaya təqdim olunublar. İtaliya prezidenti Sercio Mattarella və Prezident İlham Əliyev ziyafətdə çıxış edərək ,ikitərəfli əlaqələrdə cənub qaz dəhlizinin rolundan, eləcə də siyasi-iqtisadi sahədə əldə edilən uğurlardan danışıblar.

İtaliya Prezidenti Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biriolduğunu,mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etdiyini bildirib.Sercio MattarellaİtaliyanınAzərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolundakı uğurlarını hörmətləizlədiyini deyib.

Ziyafətdə çıxış edən Prezident İlham İtaliyadasəmərəli görüşlərin keçirildiyini deyib. Bu görüşlərzamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqlədiyini bildirib. Dövlət başçısı"Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin Azərbaycan-İtaliyamünasibətlərini daha yüksək səviyyəyə qaldıracağını vurğulayıb.

Dövlət başçısıİtaliya ilə iqtisadi sahədə nəzərə çarpacaq irəliləyişlərin əldə edildiyini diqqətə çatdırıb.

Sonra ,"2020-ci il - İtaliyada Azərbaycan mədəniyyət ili"nin açılışı münasibətilə konsert proqramı təqdim olunub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konserti izləyiblər. Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

Xəbər lenti