Xəzər Xəbər

Xəstəxanalarda ödənişlər kartla aparılacaq VİDEO

Veb TV | 21:32 • 20 Fevral 2020
Xəstəxanalarda ödənişlər kartla aparılacaq

İcbari Tibbi Sığortanın tətbiq edildiyi bütün xəstəxanalarda ödəniş yalnız nağdsız şəkildə həyata keçirilir. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev deyib. O tətbiq edilən yeniliklərdən də danışaraq bildirib ki, agentlik tibbi ödənişləri etmək üçün yeni kart da istifadəyə verib. Apteklərdə də həmin kartla alış-veriş zamanı ya güzəşt tətbiq ediləcək, ya da xərclənən vəsaitin bir hissəsi geri qayıdacaq.

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda bununla bağlı təhlillər aparılır. Fakültələrin açılmasında məqsəd regionlardakı həkim çatışmazlığı problemini həll etməkdir. Zaur Əliyev vurğulayıb ki, hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir. Fevralın 15-dək 23 rayon üzrə tibb müəssisələrinə 381 min 482 nəfər müraciət edib.Agentlik sədri qeyd edib ki, Hazırda bütün xəstəxanalarda elektron idarəetmə sistemi qurulub. Həmin sistemdə də vətəndaşların şəxsi kabineti yaradılıb. "Sığortaolunanların tibbi kabineti" adlanan bu bölmədə pasiyent ona aid olan bütün məlumatları görə bilər. Xidmət Mygov.az portalına da inteqrasiya olunub.

Zaur Əliyev vurğulayıb ki, icbari tibbi sığortanın tətbiq edildiyi bütün xəstəxanalarda ödəniş yalnız nağdsız şəkildə həyata keçirilir. Ödənişlər maaş kartları və digər plastik kartlarla da etmək mümkündür. Agentlik tibbi ödənişləri etmək üçün yeni kart da istifadəyə verib.

Bu kartın təşviqi məqsədi ilə apteklərlə də danışıqlar aparılır. Apteklərdə həmin kartla alış-veriş zamanı ya güzəşt tətbiq ediləcək, ya da xərclənən vəsaitin bir hissəsi geri qayıdacaq.

Xəbər lenti