Xəzər Xəbər

Cadu və qara magiya sosial şəbəkələrə ayaq açıb VİDEO

Veb TV | 21:44 • 20 Fevral 2020
Cadu və qara magiya sosial şəbəkələrə ayaq açıb

Cadu,ağ-qara magiya ilə məşğul olan bəzi şəxslər artıq öz fəaliyyətlərini ''instaqram'' vasitəsi ilə də həyata keçirirlər. Onlar bu sosial şəbəkədə səhifələr yaradıb ,göstərəcəyi xidmətlərlə bağlı istifadəçilərə məlumatlar verirlər. Bir sözlə ,onlar özlərinə bu yolla müştəri cəlb edirlər.

Müştəri cəlb etmək üçün sosial şəbəkələrdə müxtəlif adda səhifələr yaradıblar. Həmin şəxslər bu səhifələrdə Cadu, ağ və qara magiyə ilə məşğul olmalaları ilə bağlı məlumatlar paylaşırlar.

Bir sözlə cadu ilə məşğul olan şəxslər özlərini bu yolla reklam edərək müştəri cəlb edirlər. Son zamanlar demək olarki, sosial şəbəkələrdə,xüsusi ilə də ''instaqram'' sosial şəbəkəsində '' cadugər'','' ekstrasens'' adlı səhifələrə tez-tez rast gəlinir.Məsələn gördüyünüz bu səhifənin 300-dən çox izləyicisi var.Səhifəni idarə edən şəxs Ağ qara magiyə ilə məşğul olduğunu və gördüyü işlərin də 100 faiz nəticə verdiyini bildirir.

Hətta səhifələrdə izləyicilər arasında belə şəxslərə müraciət edənlər də var.Psixoloq İbrahim İbrahimov deyir ki,belə şəxslər onlara müraciət edənlərin psixi təsir edə bilirlər.Bu isə həmin inssların həyatında problemlərə gətirib çıxara bilər.

İlahiyyatcılar isə belə bir əməllərin yalan olduğunu sadəcə həmin şəxslərin insanları aldadıb onlardan istifadə etmək üçün bu yola əl atdığını bildirirlər.İlahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə,cadu ilə məşğul olan şəxslərin yanına getmək böyük günahlardan hesab edilir.

Hüquqşünaslar isə bildirir ki, bu bir neçə aspektdən qanun pozuntusudur. Belə ki, sözügedən fəaliyyət dələduzluq hesab olunur və vətəndaşa dəyən zərərin miqdarına görə müvafiq məsuliyyət nəzərdə tutulub. bundan əlavə həmin şəxsləri öz müştərəilərini psixoloji təsir altında saxlayıb onlardan istifadə edərsə bı hal da cinayət tərkibi yaradır.

Xəbər lenti