Xəzər Xəbər

Qızılın əyarı necə təyin olunur? VİDEO

Veb TV | 19:41 • 19 Fevral 2020
Qızılın əyarı necə təyin olunur?

Əvvəllər ölkəyə gələn hər bir qızılın əyarı xüsusi qurum tərəfindən yoxlanılır, əyarı müəyyən edildikdən sonra satışa buraxılırdı. Amma bu qurumun ləğvi ilə qızılların əyar mövzusunda müəyyən boşluqlar yaranıb. Bəs bazardakı qızılların əyarı kim tərəfindən müəyyən edilir və yazılan əyyarların doğruluğunu necə müəyyən etmək olar? Bu sualların cavablarını əməkdaşlarımız araşdırıb

585,750,583,916 əyar. Bu qızılların hər birinin ya üzərində və ya onların birkasında əyyarları ilə bağlı məlumatlar yazılıb.

Əvvəllər qızılların əyyarları ölkəmizdə faliyyət göstərən Əyyar Palatasında müəyyən edilib, daha sonra bazarda satışa buraxılırdı. Amma qurumun ləğv olunması ilə bu əyyarlara nəzarətin necə edilməsi aktuallaşır. Satıcılar isə bildirirki, bazarlara buraxılıan qızılların hər birinin əyyarı aldıqları bazadan müəyyən edilib, onlara verilir.

Bundan əlavə satıcılar bildirir ki, qızılların əyyarının yoxlanılması üçün xüsusi aparatlardan və daşdan istifadə edirlər. Bununla da qızılın hansı əyyarda olduğunu konkretləşdirirlər.

Qızıl alışı ilə məğşul olanlar bildirir ki, bəzən qızıl alan zaman əyyarı fərqli, amma yoxlanan tamam fərqli nəticəyə rast gəlirlər. Bunun üçün ən yaxşı variant qızılı alarkən onu yoxladıb almaqdır. Qızıl yoxlamaq üçün istifadə edilən daşların su ilə birlikdə qiyməti 20-30 manat arasında dəyişir.

Xəbər lenti