Xəzər Xəbər

Dünyanın ən qorxunc yeri: Qayalıqların altında qalan qəsəbə - VİDEO

Veb TV | 17:57 • 19 Fevral 2020
Dünyanın ən qorxunc yeri:

Setenil de las Bodeqas İspaniyada üç mindən çox insana ev sahibliyi edən kiçik bir qəsəbəsidir. Lakin Əndəlus qəsəbəsini fərqləndirən bir xüsusiyyəti var, Setenil de las Bodeqasın bir hissəsi nəhəng qayanın altında yerləşir. Qəsəbə hər il buna görə, minlərlə xarici tusistə qucaq açır.

Setenil de las Bodeqas İspaniyanın 17 muxtar bölgəsindən biri olan Əndəlusda yerləşir.

Ölkənin ən böyük turizm məkanlarından biri olan Əndəlusun Setenil de las Bodeqas qəsəbəsi də bu "turist tortu”ndan pay alan məkandır. Kadis şəhəri yaxınlığındakı qəsəbənin ən diqqət çəkən özəlliyi isə böyük bir hissəsinin nəhəng qayalıqlar altında yerləşməsidir. Turistləri bura çəkib gətirən əsas özəlliyi də budur.

Qəsəbədəki yaşayış evlərinin bir hissəsi bu qayalıqlar altında inşa edilib. Setenil de las Bodeqasın bir hissəsini örtdən qayalığın üstündəki qala Ərəb Xilafətinin Əməvilər dönəmində tikilib.

1407-ci ildə Əməvilərin hakimiyyətinə son qoyulması ilə ərəblərin İspaniyaya təsir dairəsi də azalmağa başladı. Amma bu təsir Əndəlusdakı tikililərdə öz varlığını davam etdirir. Kadisə 157 kilometr məsafədə yerləşən bu tarixi qəsəbədə əməvi və ispan memarlıq ənənəsi günümüzə qədər qorunub saxlanılıb./teleqraf

Xəbər lenti