Xəzər Xəbər

İrandan Azərbaycana narkotik keçirənlər saxlanılıb - VİDEO

Veb TV | 19:55 • 27 Yanvar 2020
İrandan Azərbaycana narkotik keçirənlər saxlanılıb -

Cəlilabad polisinin keçirdiyi əməliyyat zamanı narkotik maddələrin satışı ilə məşğul olan 2 nəfər saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, İran İslam Respublikasının vətəndaşı Dilehban Mohammad Jaberinin müvəqqəti yaşadığı Masallı rayonu Şıxlar kəndindəki evə baxış zamanı 2 ədəd polietilen torbada ümumi çəkisi 174,977 qram narkotik maddə olan heroin aşkarlanıb.

İran vətəndaşı ifadəsində aşkar edilən narkotik vasitənin bir qisminin ev sahibi, Masallı rayon sakini Rasim Hüseynova məxsus olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Rasim Hüseynov da tutulatraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, Dilehban Mohammad Jaberi və Rasim Hüseynova şəxsiyyəti istintaqa məlum olmayan "Müslüm" adlı İran vətəndaşı Azərbaycanda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərib.

Əməliyyat tədbirlərinin davamı olaraq Dilehban Mohammad Jaberinin əldə etdiyi və Ələt-Astara magistralının kənarında gizlətdiyi 5 kiloqram olan heroin və 380 qram olan "Metamfetamin" aşkar olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti