Xəzər Xəbər

Kəlağayı Azərbaycan qadınının simvoludur - Bəs əsl kəlağayı necə olmalıdır? - VİDEO

Veb TV | 20:02 • 26 Yanvar 2020
Kəlağayı Azərbaycan qadınının simvoludur -

Kəlağayı - ismətli Azərbaycan qadınının simvoludur. Əsrlər boyu biz bunu belə qəbul etmişik. Ancaq son dövrlərdə bu baş örtüyü həm də ticari məqsədlər üçün istifadə olunur. Təbii ki, bu, bir əmtəədir və satıla bilər. Ancaq kəlağayının saxtalaşdırılaraq satılmasına, yəni ayrı-ayrı sintetik materiallardan hazırlanmış yaylıq və şalların kəlağayı adından əcnəbi turistlərə satılmasına yol vermək olmaz. Təəssüflər olsun ki, belə hallara artıq tez-tez rast gəlirik. Bəs əsl kəlağayı necə olmalıdır? Əməkdaşlarımız bu suala cavab axtarıblar.

Ölkəmizə xaricdən gətirilən sintetik tərkibli şal və yaylıqlar əcnəbi turistlərə Azərbaycan kəlağayısı kimi təqdim olunur. Paytaxtda turistlərin ən çox gəzdiyi İçəri Şəhərdə belə hallara daha çox rast gəlinir..

Bəzi satıcılar bunun bazarın tələbi olduğunu deyirlər.

Elə əcnəbi turistlərin marağını çox çəkdiyi üçündür ki, bəzi işbazlar adi yaylıq və şalları kəlağayı adından satmağa çalışırlar.. 51 ildir kəlağayıçılıqla məşğul olan Əmiraslan Şamilov deyir ki, əsl kəlağayının materialı tam ipək olmalıdır və bu da saxta boya götürmür.

Əmiraslan Şamilov deyir ki, kəlağayı keçmişdə sadə olub. İndi isə turistlərin istəyinə uyğun olaraq ona güllər də əlavə olunur.

Kəlağayı mütəxəssisi Vəfa Qurbanova hesab edir ki, kəlağayının üzərində milli ornamentlər mütləq olmalıdır.

Ayrı-ayrı sintetik məhsulların kəlağayı adından satılmasına gəlincə isə, mütəxəssislər bunu milli baş örtüyünə xəyanət hesab edirlər.

Xəbər lenti