Xəzər Xəbər

Sürücülərin nəzərinə: Parklanmaya görə, pul tələb edənlərə ödəniş etməyin - VİDEO

Veb TV | 19:26 • 26 Yanvar 2020
Sürücülərin nəzərinə:

Əksər supermarketlərin qarşısında parklanma adı ilə sürücülərdən pul tələb edilir. Bənzər mənzərə Bakının demək olar hər küçəsində yaşanır. 5 dəqiqə vaxt ayırıb mağazaya girirsən, çıxanda parklanmaya görə, 50 qəpik, 1 manat pul tələb edirlər. Halbuki, bu tam qanunsuzdur. Bakı Nəqliyyat Agentliyi də belə hallarla bağlı artıq Baş Prokurorluğa müraciət edib. Sürücülərə tövsiyyə edilir ki, parklanmaya görə, pul tələb edənlərə ödəniş etməsinlər

Əyinlərinə sarı jilet geyinən bu şəxslər böyük supermarkletlərin qarşısında dayanıb parklanmaya nəzarət edirlər.

Alış-veriş üçün bir neçə dəqiqəlik mağazaya daxil olan avtomobil sahiblərindən parklanmaya görə pul alırlar.

Bənzər mənzərə paytaxtda əksər supermarketlərin qarşısında yaşanır. 5 dəqiqəlik mağazaya girib nəsə almaq istəyirsən, çıxanda isə 50 qəpik, 1 manat pul ödəməli olursan.

Mağazaların qarşısında parklanmaya nəzarət edən bəzi şəxslər əvvəlcə müsahibə vermək istəmədilər. Ancaq sonra bildirdilər ki, onlar yığdıqları pulu kimsəyə vermirlər. Gündəlik tələbatlarını ödəmək üçün burada dururlar.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu kimi yerlərdə sürücülərdən parklanma adı ilə pul tələb edilməsi tam qanunsuzdur. Parklanmaya görə, vətəndaşlardan qanunsuz pul tələb edənlərlə bağlı agentlik hüquq mühafizə orqanlarına və baş prokurorluğa müraciət edib. Agentlikdən həmçinin bildirildi ki, bakının bəzi küçələ və prospektlərində artıq parklanma ödənişsizdir lövhələri quraşdırılıb. Yaxın vaxtlarda əksər ehtiyac olan bu cür yerlərə bənzər lövhələr quraşdırılacaq.Sürücülərə tövsiyyə edilir ki, parklanma adı ilə qanunsuz pul tələb edən şəxslərə ödəniş etməsinlər

Xəbər lenti