Xəzər Xəbər

Azərbaycanın regional mövqeyi daha da güclənir - VİDEO

Veb TV | 19:15 • 25 Yanvar 2020
Azərbaycanın regional mövqeyi daha da güclənir -

Prezident İlham Əliyevin Davosa səfəri zamanı Dünya İqtisadi Forumunun regional mərkəzinin məhz Bakıda olması ilə bağlı qərarın verilməsi həm Azərbaycan, həm də reigon üçün böyük əhəmiyyət kəsb edir. İqtisadçıların fikrincə, bu qərar dünyanın aparıcı-böyük şirkətlərinin diqqətini mütəmadi olaraq Azərbaycanın və regionun üzərində saxlayacaq.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı Zaur Əhmədov deyib ki, regional mərkəzin Azərbaycanda olması bura yatırılacaq investisyaların həcminə də ciddi formada təsir edəcək. Çünki ölkəmizin iqtisadi potensialı daim araşdırılacaq, əldə edilən nəticələr dünya iqtisadiyyatının aparıcı şirkətləri ilə paylaşılacaq.

Belə bir mərkəzin yaradılması üçün məhz Azərbaycanın seçilməsi isə ölkəmizin nüfuzunun və əldə edilən iqtisadi naliyyətlərin nəticəsidir.

Zaur Əhmədovun fikrincə, ölkə başçısı tərəfindən aparılan davamlı islahatlar, infrastrukturun beynəlxalq standartlara uyğun qurulması, eyni zamanda şəffaflığın təmin edilməsi bu qərarın qəbulunda böyük rol oynayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti