Xəzər Xəbər

Bakıya nə qədər qar yağacaq? - Umayra Tağıyeva AÇIQLADI VİDEO

Veb TV | 19:13 • 24 Yanvar 2020
Bakıya nə qədər qar yağacaq? - Umayra Tağıyeva AÇIQLADI

Kür çayının səviyyəsi son vaxtlar azalıb. Buna səbəb sudan səmərli istifadə edilməməsidir. Bu fikirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirilən mətbuat konfransında səsləndirilib. Mətbuat konfransında həmçinin Bakıyaqar yağmamasınınsəbəbləri də açıqlanıb

Su ehtiyyatlarınınhəcmi azalıb. Ekologiya və Təbii sərvətlər naziriliyinin şöbə müdiri Mütəllim Əbdülhəsənovun sözlərinə görə suvarmada, su təchizatında və sənayedə su itkiləri var.

Nazirlik rəsmisi vurğulayıb ki, yağıntının olmaması səbəbindən Kür çayında da son zamanlar suyun azalması qeydə alınır.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında sulu qar yağsa da, yerdə qar örtüyü olmayacaq.

Mətbuatkonfransında brakonyerliyə qarşı aparılan mübarizə tədbirlərindən də danışılıb. Bildirilib ki, bəzi hallarda belə faktlara qarşı tətbiq olunan cərimələr təsirli olmur və eyni adamlar bir neçə dəfə qanunsuz ova görə saxlanır.

Mətbuat konfransında həmçinin bu yaxınlarda keçiriləcək müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı barədə də məlumat verilib. "Xəmsə" formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq.

Xəbər lenti