Xəzər Xəbər

Qaçqın statusu alan şəxslərə "Yol sənədi" verilir VİDEO

Veb TV | 20:19 • 23 Yanvar 2020
Qaçqın statusu alan şəxslərə "Yol sənədi" verilir

Ölkəmizdə qaçqın statusunda yaşayan şəxslərin sənədləri olmadığından başqa ölkələrə səfər etməkdə çətinlik çəkirdilər. Artıq bununla bağlı problem sona yetəcək. Dövlət Miqrasiya Xidməti ölkəmizdə qaçqın statusu alan şəxslərə "yol sənədi" təqdim edib. Yol vərəqi ilə ölkəmizdə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər.

Biri 16 il, digəri isə 1ildən çoxdur ki, öz ölkələrini tərk edib ölkəmizə pənah gətiriblər. Sənədlərinin olmaması səbəbi ilə nə başqa ölkələrə səfər edə bilirdilər, nə də onlara lazım olan işləri rahatlıqla həll edə bilirdilər.

Artıq bu problemləri sona yetəcək. Dövlət miqrasiya xidməti tərəfindən ölkəmizdəki qaçqın statusu alan şəxslərə "Yol sənədi" təqdim edilib. Bu sənəd vasitəsi ilə ölkədə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər.

Xidmət rəisi bildirib ki, verilən sənədin etibarlılıq müddəti 5 ildir.

Hazırda ölkəmizdə qaçqın statusu alan 83 nəfər əcnəbi var.Onlar müxtəlif ölkə vətəndaşları olsa da, aralarında Əfqanıstan vətəndaşları çoxluq təşkil edir.

Xəbər lenti