Xəzər Xəbər

Prezident İlham Əliyevin cavabı gündəm oldu VİDEO

Veb TV | 19:58 • 23 Yanvar 2020
Prezident İlham Əliyevin cavabı gündəm oldu

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər bu zaman səsləndirdiyi fikirlər bir daha təsdiq edir kiAzərbaycan müstəqil və öz mənafelərinə əsaslanan siyasət yeridir. Dövlət başçısının "Strateji Baxış: Avrasiya" panelində moderatorun suallarına verdiyi cavablar isəbunu bir daha təsdiq edir. Siyasi şərhçilər hesab edir ki, Azərbaycanın uğurlarının kökündə məhz müstəqil siyasətin dayanmasınıPrezident İlham Əliyev açıq şəkildə dünyanın diqqətinə çatdırdı.

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirakı və burda səsləndirdiyi fikirlər diqqət mərkəzində olub.

Dövlət başçısı moderatorun sualına çevik və gözlənilməz cavabı ilə xüsusilə diqqət çəkib. Belə ki, moderatorun Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə-sualına Prezident İlham Əliyevin Bakıya cavabı kifayət qədər tutarlı olub. Prezident əlavə edib ki,Azərbaycanın bütün qonşularla mehriban münasibətlərə malikdir amma ilk növbədə bu münasibətlər milli maraqlara söykənir.

Dövlət başçısının nitqini və suallara cavabını şərh edən politoloq Rufiz Qonaqov bildirib ki, dövlət başçısının bu cavabı Azərbaycanın heç bir gücdən asılı olmadığının və gələcəklə bağlı qərarlarını özünün verdiyini bir daha nümayiş etdirib. Ekspertin sözlərinə görə bu, Azərbaycanın artıq dünyada özünü təsdiq etmiş bir tərəfdaş və güclü ölkə olmasının bariz nümunəsi idi.

Rufiz Qonaqovun sözlərinə görə Azərbaycan bu gün dünyada əldə etdiyi nüfuza və müsbət imicinə həyata keçirilən böyük layihələr, məqsədyönlü siyasət nəticəsində nail olub.

Diqqətləri çəkən digər məqam isə Azərbaycanda siyasi sabitlik və gənclər küçəyə çıxıb daha çox səs tələb etsə siz onlara nə deyərdiz sualı olub.Politoloq Rufiz Qonaqov deyir ki, prezidentin cavabı əslində etiraz aksiyalarının yaranma səbəbi ilə bağlı dərs mahiyyətindədir. Azərbaycanda siyasi sabitliklə bağlı heç bir risk yoxdur. Azərbaycan vətəndaşları o cümələdən də gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarına güvənməkdir. Digər tərəfdən Azərbaycanda aparılan uzaqgörən siyasət belə risklərin yaranmasına rəvac vermir.

Xəbər lenti