Xəzər Xəbər

Quzular müəmmalı səbəbdən tələf olur VİDEO

Veb TV | 19:26 • 19 Yanvar 2020
Quzular müəmmalı səbəbdən tələf olur

Təzə doğulan quzular bir müddət sonra halsızlaşır və tələf olur.

Ucar rayonun Qəzyan kənd sakini Fikrət Cəlilovun təsərrüfatında olan yeni doğulan quzular tələf olur.Bu isə bir neçə gündür ki,kütləvi hal alıb.Bu səbəbdəndən sahə baytar həkimlərin məsləhəti ilə qoyunlara iynələr vurulub..Lakin nəticə dəyişməyib.

Ucar rayon baytarlıq idarəsinin əməkdaşları həmin təssərrüfatda olan heyvanlara baxış keçiriblər.Heyvanların saxlanıldığı tövlə dizinfeksiya olunub.Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov quzuların qidadan tələf olduğunun ehtimal edildiyini bildirib. Daha dəqiq səbəb labaratoriyanın cavabından sonra məlum olacaq.

Təsəssüfat sahiblərinə örüş, otlaq sahəsini dəyişmək və heyvanlara tərkibinin daha zəngin olan yemlərin verilməsini tövsiyyə edilib.

Xəbər lenti