Xəzər Xəbər

Gəncə və Balakəndə yol qəzaları - 2 ölü, 1 yaralı var - VİDEO

Veb TV | 18:37 • 17 Yanvar 2020
Gəncə və Balakəndə yol qəzaları -

Gəncə şəhərində avtomobilin ağaca çırpılması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Eminbəyli və Cavad Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Bu gün günorta saatlarında avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Nəticədə sürücü, 16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Maşında olan sərnişin 17 yaşlı Hüseyn Yunisli isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Balakəndə isə avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Rayonun Talalar kənd sakini, 67 yaşlı Abdurəhman Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Abdurəhman Hacıyev Balakən mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti