Xəzər Xəbər

Məşhur aktrisa özündən 16 yaş böyük iş adamına ərə getdi VİDEO

Veb TV | 12:12 • 16 Dekabr 2019
Məşhur aktrisa özündən 16 yaş böyük iş adamına ərə getdi

Özcan Dənizlə baş rolda oynadığı "Haziran gecəsi” serialı sayəsində məşhurlaşan 36 yaşlı aktrisa Naz Elmasla 52 yaşlı iş adamı Erol Özmandıracın dünən toyu olub.

Türkiyə mətbuatı xəbər verir ki, Esma Sultan malikanəsində keçirilən toyda cütlüyün ailə üzvləri ilə yanaşı, aktrisanın sənət dostları da iştirak edib.

Qonaqlar arasında Abdurrahim Albayrak, Pınar Altuğ, Yağmur Atacan və Engin Altan Düzyatan da olub. Toydan sonra müsahibə verən Naz Elmas çox həyəcanlı olduğunu bildirib:

"Çox xoşbəxtik. Bizi birləşdirən "Galatasaray” komandasına azarkeşliyimiz oldu. Erolu ilk görəndə evlənəcəyim adam olduğunu başa düşdüm”.

publika.az

Xəbər lenti