Xəzər Xəbər

“Sivasspor” “Fənərbağça”nı darmadağın etdi VİDEO

Veb TV | 12:03 • 16 Dekabr 2019
“Sivasspor” “Fənərbağça”nı darmadağın etdi

Dekabrın 15-də Türkiyə Superliqasının XV turunda "Sivasspor” doğma meydanda "Fənərbağça”nı qəbul edib.

Gərgin hücumlarla yadda qalan oyunda Sivas təmsilçiləri istanbulluları 3:1 hesabı ilə məğlub ediblər. Meydan sahiblərinin qollarını Fernando Andrade (32), Emre Kilinç (59) və Ziya Erdal (90) vurub. İstanbul klubunun heyətində isə Deniz Türüç fərqlənməyi bacarıb.

Qeyd edək ki, "Fənərbağça”nın heyətində Qarri Rodrigez və Ozan Tufan qırmızı vərəqə alaraq komandasını oyunda azlıqda qoyublar.
Günün digər oyununda "Qaziantep” doğma meydanda "Kayserispor”un qapısından üç cavabsız top keçirib.

XV tura dekabrın 16-də keçiriləcək "Başakşəhər” – "Konyaspor”, "Trabzonspor” – "Dənizlispor” matçları ilə yekun vurulacaq. Hazırda "Sivasspor” turnir cədvəlinə 33 xalla liderlik edir. "Beşiktaş” 27 xalla ikinci, "Trabzonspor” isə 26 xalla üçüncü pillədə yer alıblar.

Xəbər lenti