Xəzər Xəbər

Sürücülər bu yolda diqqətli olsunlar VİDEO

Veb TV | 19:37 • 15 Dekabr 2019
Sürücülər bu yolda diqqətli olsunlar

Bakı Beynəlxalq Avtovağzalının yeni girişi, Lökbatan istiqamətinə gedən yolda qoyulan nişanlar sürücülər arasında çaşqınlığa səbəb olur.beləki yolda nişanlanmanın düzgün aparılmaması sürücləri çaşdırır. Xüsusiilə də gecə vaxtı sürücülər yanlış yola daxil olurlar. Bu isə real təhlükədir. Ekspertlər ərazidə nişanların yola uyğunlaşdırılmalı olduğunu bildirir.

Yolda nişanların çatışamaması sürücüləri çaş-baş salıb.

Söhbət Bakı Beynəlxalq Avtovağzalın yeni girişi, Lökbatan istiqamətinə gedən yoldan gedir. Burda sürücülərə hərəkət üçün iki istiqamət təyin olunub. Üzü yuxarı körpü ilə lökbatana və ən sol zolaqla avtovağzala tərəf. Lakin ortada olan yola isə heçbir nişan qoyulmayıb. Nəticədə bəzi sürücülər orta yola daxil olurlar. Bu isə qarşıdan gələnlər üçün qəza şəraiti yaradır.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, burda mövcud nişanlanma saxlanılmaqla sadəcə yolda əlavə nişanlanma həyata keçirilməlidir.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinidən isə bildirdilər ki, mütəxəssislər tərəfindən bəhs edilən yolda müşahidələr aparılacaq və mövcud vəziyyətə uyğun olaraq tədbirlər görüləcək.

Xəbər lenti