Xəzər Xəbər

Xələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil" - VİDEO

Veb TV | 20:40 • 12 Dekabr 2019
Xələf Xələfov:

Xarici işlər nazirinin müavini Xələf Xələfov ötən həftə Gürcüstan-Azərbaycan sərhəddində yaşanan insidentə münasibət bildirib. Onun sözlərinə görə çobanın qoyun sürüsü ilə azərbaycan ərazisinə keçməsi təxribat olmayıb. O, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyasıyla bağlı görülən işlərdən də danışıb.

"Gürcüstan-Azərbaycan sərhədində Dekabrın 6-da baş verən insident təxribat xarakterli deyil."

Bunu jurnalistlərə açıqlamasında Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bu cür hadisələr dövlətlər arası səviyyədə müzakirə olunan məsələ deyil.Qeyd edək ki həmin vaxt çoban qoyun sürüsü ilə azərbaycan ərazisinə keçərkən insident baş vermişdi.

Xələf Xələfov Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı görülən işlərdən də danışıb. O, qeyd edib ki, gələn ilin birinci rübündə Gürcüstanda komissyanın növbəti iclası keçiriləcək.

Bu görüş nəticəsində müəyyən irəliləyişlərin olacağı və razılaşmaların baş tutacağı gözlənilir.

Xəbər lenti