Xəzər Xəbər

90 yaşlı qadını soymaq istədi - QULDUR UZAĞA QAÇA BİLMƏDİ VİDEO

Veb TV | 20:23 • 12 Dekabr 2019
90 yaşlı qadını soymaq istədi - QULDUR UZAĞA QAÇA BİLMƏDİ

Bakıda ahıl yaşlı qadına qarşı cinayət törədilib. Qadını aldatma yolu ilə evə daxil olan şəxs onun boğazından tutaraq pul tələb edib. Qadın yerə yıxlıdığından həmin şəxs evdən qaçıb. Polis əməliyyatla cinayəti törətməkdə şübhəli bilinən şəxsi tutub.

Evə basqın edən şəxs yaşlı qadına qarşı cinayət törədib.

Hadisə paytaxtın Xətai rayonu Neapol küçəsində baş verib. Belə ki, dekabrın 10-u saat 13 radələrində naməlum şəxs 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib.

Qeyd edilən quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanıb.

Saxlanılan Akif Məmiyevin sözlərinə görə, evə daxil olandan sonra qadın ona çay da verib.

Faktla bağlı Akif Məmiyev barəsində cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti