Xəzər Xəbər

Azərbaycanda daha 2 milyard ton neft ehtiyatı mövcuddur VİDEO

Veb TV | 18:55 • 10 Dekabr 2019
Azərbaycanda daha 2 milyard ton neft ehtiyatı mövcuddur

Azərbaycanda 2 milyard tondan çox neft hasil edilib. Bu isə təxminən bilinən yeraltı sərvətlərin cəmi 50 faizidir.Bundan sonra da mövcud yataqlardan daha 2 milyard ton da neft hasil etmək mümkündür. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mövcud potensialı və gələcəkdə neft -qaz sahəsində gözlənilən nəticələri açıqlayıb. O, bildirib ki, SOCAR bundan sonra da yataqların daha səmərəli işlənməsi üçün xarici şirkətlərlə partnyorluğu davam etdirəcək.

Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edilib. Bunu Bakıda təşkil olunan "Energy Forvvard" neft-qaz texnologiyası tədbirində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Socarın prezidenti qeyd edib ki, hazırda bir çox aktiv kəşfiyyat işləri həyata keçirilir. Gələcəkdə isə daha yeni, fərqli çağırışlar və imkanlar da gözlənilir. Rövnəq Abdullayev bildirb ki, 2 milyard tondan çox neft hasilatı çıxarıla bilən neftin cəmi 50 faizidir. Yataqlardan isə bundan da çox neft əldə etmək imkanı var.

Dövlət neft şirkətinin rəhbəri onu da qeyd edib ki, hazırda Xəzərdə quyu dibi təzyiqlərin idarəolunması ilə qazma texnologiyası uğurla tətbiq edilməkdədir. Burda ən müasir texnologiyalardan istifadə olunur. Məhz bunun nəticəsidir ki, şirkət bu sahədə xeyli uğurlar əldə edib.

Rövnəq Abdullayev çıxışında onu da bildirib ki, Socar dünən olduğu kimi, bu gün də uzunmüddətli əməkdaşlıq modellərinin tətbiqinə tam şəkildə açıqdır. Daha dayanıqlı və daha innovativ metodlarla çalışmaq üçün dövlət neft çirkəti bundan sonra da beynəlxalq şirkətlərlə əməkdaşlığa davam edəcək.

Xəbər lenti