Xəzər Xəbər

Qəribə hadisə: səfir 10 dollarlıq kitab oğurladı, daha sonra... - VİDEO

Veb TV | 15:13 • 9 Dekabr 2019
Qəribə hadisə:

Meksikanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Oskar Rikardo Valero Resio Buenos Ayresdəki bir mağazadan kitab oğurlayıb.

Dəyəri 10 dollar (17 manat) olan kitabın pulunu ödəmədən mağazanı tərk edən səfir haqqında cinayət işi açılıb.

Diplomatik toxunulmazlıq səbəbilə Argentinada həbs edilməsi mümkün olmayan səfir ölkəsinə geri çağırılıb.

Meksika Xarici işlər naziri Marselo Ebrard Etika Komitəsindən hadisənin araşdırılacağını və saxtakarlığa şans tanınmayacağını deyib.

Qeyd edək ki, Argentina mətbuatında dərc edilən görüntülərdə 76 yaşlı səfirin oktyabrın 26-da məşhur kitab mağazalarından biri olan "El Ateneo Grand Splendid”də kitablardan birini qəzetin arasına qoyaraq mağazanı tərk etməyə çalışdığı, lakin mühafizəçilər tərəfindən saxlanıldığı əks olunub.

Səfirin oğurladığı kitab isə fransız tarixçisi Qay Çaussinand-Noqaretin Qiasomo Kasanova haqqında yazdığı bioqrafiya olub.

publika.az

Xəbər lenti