Xəzər Xəbər

''Həzi Aslanov'' metrostansiyası bağlanmayacaq - RƏSMİ AÇIQLAMA - VİDEO

Veb TV | 18:30 • 8 Dekabr 2019
''Həzi Aslanov'' metrostansiyası bağlanmayacaq -

Metronun ''Həzi Aslanov'' stansiyasının bağlanılacağı ilə bağlı xəbərlər yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, qeyd edilir ki, sözügedən metrostansiyadakı bu problemin səbəbi ağır geoloji vəziyyətlə əlaqədardır.

"Metro üzərində tikilmiş yeni çoxmərtəbəli binalar yerin geoloji quruluşuna ciddi təsir edib, bu da öz növbəsində stansiyanın vəziyyətini pisləşdirib",- deyə yayılan məlumatlarda qeyd olunub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti isə yayılan xəbərlərə münasibət bildirib.

Qurumun məlumatında qeyd olunur ki, sərnişinlərin narahat olmasına heç bir əsas yoxdur. Çünki yayılmış məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunur ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub: "Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərinin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti