Xəzər Xəbər

Xaçmazda ağır qəza: Ölənlər var VİDEO

Veb TV | 18:31 • 7 Dekabr 2019
Xaçmazda ağır qəza: Ölənlər var

Xaçmazda minik avtomobili yük maşını ilə toqquşub. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Qəbələdə də ölümlə nəticələnən qəza baş verib və bir nəfər ölüb.

Minik və yük avtomobillərinin toqquşması 2 nəfərin ölümü ilə nəticələndi...

Ağır qəza Xaçmazın Çarxı kəndində baş verib. Gəndob-Yalama yolunun kənddən keçən hissəsində minik avtomobili yük maşını ilə toqquşub. Minik avtomobilnin sürücüsü, 42 yaşlı Fariz Hüseynov və sərnişini, 32 yaşlı Rəşid Əliyev hadisə yerində dünyasını dəyişib.

Qəbələdə da minik avtomobillərinin toqquşması ölümlə nəticələnib. Hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndindən keçən hissəsində baş verib. Nəticədə 38 yaşlı Xəqani Nəsirov dünyasını dəyişib. Onun meyitini əzilmiş avtomobildən xilasedicilər çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəbələ sakinləri - 29 yaşlı Bəyalı Abdürrəhmanov və 41 yaşlı Nurlana İbayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti