Xəzər Xəbər

Ana qızının yandırdığı evdə faciəli şəkildə öldü VİDEO

Veb TV | 17:03 • 7 Dekabr 2019
Ana qızının yandırdığı evdə faciəli şəkildə öldü

Türkiyənin Ankara şəhərində qadın içində anası və atası olan evi yandırıb.

"İHA”-nın xəbərinə görə, 36 yaşlı Özləm Koçər binanın ikinci mərtəbəsindəki yaşadığı evi yandırdığı zaman91 yaşlı yataq xəstəsi olan anası Həvva Koçər faciəli şəkildə ölüb, atasını isə yanğınsöndürənlər son anda xilas edə biliblər.

Yanğının yaratdığı tüstünün təsirindən qonşuluqda yaşayan biri körpə olmaqla 10 nəfərin vəziyyəti narahatlaşıb.

Onlar hadisə yerinə gələn həkimlər tərəfindən müalicə olunub, bəziləri isə xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürənlər bütün sakinləri binadan çıxarıblar.

Hadisədə şübhəli bilinən şizofreniya xəstəsi olduğu deyilən Özləm K. polis idarəsinə aparılıb.

Polis hansı səbəbdən törədildiyi məlum olmayan hadisəni araşdırır.

Xəbər lenti