Xəzər Xəbər

12 saylı cəzaçəkmə müəssisəsində konsert keçirilib - VİDEO

Veb TV | 19:30 • 22 Noyabr 2019
12 saylı cəzaçəkmə müəssisəsində konsert keçirilib -

Bu gün ədliyyə işçiləri peşə bayramlarını qeyd edirlər. Pentensiar xidmətin demək olar ki, bütün cəzaçəkmə müəssisələrində bayram konsertləri keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, ədliyyə işçilərinin peşə bayramı dörd divar arasında da təntənəli keçirilib.

Ümummilli lider Heydər Əliyevin 2000-ci ilə imzaladığı sərəncamla hər il noyabrın 22-də ədliyyə işçiləri peşə bayramlarını qeyd edirlər.

Penitensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində keçirilən konsert proqramında baş idarə, həbsxana rəhbərliyi və tanınmış müğənnilər iştrak ediblər.

Konsert proqramında ən çox sevinənlər cəza çəkən məhbuslar olub. Məhbuslar belə tədbirlərin mütəmadi keçirilməsinin onların həyatında və islah olmalarında böyük rol oynadığını deyirlər.

Əslən Cəlilabad rayonunda olan Elşən Hətəmov narkotik maddələrin satışı ilə məşğul olduğu üçün 12 il azadlığını itirib. O, belə günlərdə xatırlanmalarının yaxşı hal olduğunu deyir.

Mehdi Quliyev də törətdiyi cinayətə görə azadlığının 12 ilini itirib. İndi o da etdiyi əmələ görə çox peşmandır.

Qeyd edək ki, tanınmış müğənnilər və meyxanaçıların ifası ilə konsert prqoramı bir neçə saat davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti